Azərbaycan.media xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri Litani çayının şimalında və Bekaa vadisində yerləşən Hizbullah milislərinin hərbi bazalarına və yeraltı obyektlərinə hücum edib.
“Naharnet” portalının yaydığı xəbərdə bildirilib ki, İsrail təyyarələri yerüstü hədəflərə ən azı 25 hava hücumu həyata keçirib. Bombardmanlar Cəbəl Reyhan və Cabbur dağlıq ərazilərini, həmçinin son günlərdə Hizbullah fəaliyyətinin qeydə alındığı Vadi əl-Mahmudiya dərəsini əhatə edib.
Oxundu: 25
