🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Arzu Əliyeva və Alena Əliyeva görmə qabiliyyəti məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzini ziyarət ediblər

Azərbaycan.media xəbər verir ki, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin görmə qabiliyyəti məhdud şəxslər üçün sosial reabilitasiya və bərpa şöbəsində olublar.

Ziyarət zamanı qonaqlar əvvəlcə uşaqların iştirakı ilə təşkil olunan kiçik bədii-musiqili proqramı izləyiblər. Daha sonra şöbənin fəaliyyəti ilə yaxından tanış olaraq həkim, psixoloq və fəza oriyentasiyası otaqlarına baxış keçiriblər.

Görüş zamanı uşaqlar öz əlləri ilə hazırladıqları əl işlərindən ibarət hədiyyələri qonaqlara təqdim ediblər. Sonda isə xatirə şəkli çəkdirilib.