🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Anar İsgəndərov “Şöhrət” ordeni ilə təltif edildi

Azərbaycan.media xəbər verir ki, Anar Camal oğlu İsgəndərov “Şöhrət” ordeni ilə təltif edilib.

 Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb. Sərəncama əsasən, Anar İsgəndərov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bu ali mükafata layiq görülüb.