🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Tramp ABŞ-ın 66 beynəlxalq təşkilatdan çıxmasını rəsmiləşdirdi

Azərbaycan.media xəbər verir ki, ABŞ prezidenti Donald Tramp ABŞ-ın Birləşmiş Millətlər Təşkilatının (BMT) 31 qurumu da daxil olmaqla, ümumilikdə 66 beynəlxalq təşkilatın maliyyələşdirilməsini və həmin qurumlarda iştirakını dayandıran sənəd imzalayıb.
APA-nın məlumatına görə, bununla bağlı bəyanat Ağ Evin rəsmi saytında dərc olunub.
Sənəddə qeyd edilir ki, sözügedən təşkilatların əksəriyyəti ABŞ-ın suverenliyinə və iqtisadi gücünə zidd olan radikal iqlim siyasətlərini, qlobal idarəetmə mexanizmlərini və ideoloji gündəmləri təşviq edir.
Qeyd edək ki, Donald Trampın ikinci prezidentlik dövrünün əvvəlindən etibarən ABŞ artıq Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Paris İqlim Sazişi, BMT İnsan Hüquqları Şurası və Yaxın Şərqdə Fələstin Qaçqınları üçün BMT Yardım və İş Agentliyi (UNRWA) kimi beynəlxalq qurumlardan çıxdığını açıqlayıb.