Azərbaycan.media xəbər verir ki, Pakistan Banqladeşə JF-17 tipli döyüş təyyarələrinin satışını nəzərdən keçirir. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, məsələ ilə bağlı hər iki ölkənin hərbi hava qüvvələrinin komandanları Pakistanın paytaxtı İslamabadda danışıqlar aparıblar.
Pakistan ordusunun açıqlamasında bildirilir ki, rəsmi İslamabad Banqladeşə “Super Muşak” tipli təlim təyyarələrinin verilməsi ilə bağlı da qarşı tərəfə zəmanət təqdim edib.
Qeyd edək ki, JF-17 qırıcıları Pakistan və Çin tərəfindən birgə istehsal olunur və Pakistan Hərbi Hava Qüvvələrinin əsas döyüş təyyarələrindən hesab edilir.
