Azərbaycan.media xəbər verir ki, Ukrayna humanitar və enerji böhranının astanasında olduğu üçün münaqişənin mümkün qədər tez dayandırılması zəruridir. Bu barədə Almaniya kansleri Fridrix Merz Parisdə “İstəklilər koalisiyası”nın görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
Merz vurğulayıb ki, mövcud vəziyyət beynəlxalq ictimaiyyətdən daha fəal və koordinasiyalı addımlar tələb edir. “Ölkə humanitar və enerji böhranının astanasındadır. Buna görə də artıq intensiv olan səylərimizi daha da gücləndiririk ki, tez bir zamanda nəticə əldə olunsun”, – deyə Almaniya kansleri qeyd edib.
Onun sözlərinə görə, münaqişənin uzanması regionda təhlükəsizlik risklərini artırmaqla yanaşı, mülki əhali üçün ciddi sosial-iqtisadi fəsadlar yaradır. Bu baxımdan, beynəlxalq tərəfdaşlarla birgə sülhə nail olmaq üçün diplomatik təşəbbüslərin sürətləndirilməsi prioritet olaraq qalır.
