🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

ABŞ-ın Venesuelada hərbi əməliyyat keçirdiyi iddia olunur – Karakasda hava bazalarına zərbələr

Azərbaycan.media xəbər verir ki, ABŞ-ın Karakasa desant qüvvələri endirməsi ilə bağlı məlumatlar yayılıb.

Bildirilib ki, ABŞ Hərbi Hava Qüvvələri Venesuelaya məxsus bir sıra hərbi obyektlərə, o cümlədən Karakas ətrafındakı hava bazalarına zərbələr endirib. Məlumatlara görə, paytaxt səması üzərində təxminən on ABŞ helikopteri müşahidə olunub, görüntülərdə hücum təyyarəsinin də qeydə alındığı iddia edilir.

Həmçinin ölkənin şimalında yerləşən Vargas ştatında Venesuela Hərbi Dəniz Akademiyasının fəaliyyət göstərdiyi dəniz bazasına ziyan dəydiyi bildirilir. Hadisələr fonunda Venesuela Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələrin havaya qaldırıldığı qeyd olunub.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduro və onun həyat yoldaşının ələ keçirilərək ölkədən çıxarıldığını açıqladığını bəyan edib. Rəsmi Karakas tərəfindən məlumatlarla bağlı hələlik ətraflı münasibət bildirilməyib.