Azərbaycan.media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə yeni müdafiə nazirinin təyin olunacağını bəyan edib.
Dövlət başçısı bu barədə axşam saatlarında yayımladığı video müraciətində danışıb. Zelenski Ukraynanın müdafiə naziri vəzifəsinə Baş nazirin birinci müavini və rəqəmsal transformasiya naziri Mixaylo Fedorovun namizədliyini irəli sürdüyünü bildirib.
“Mixaylo Fedorovu Ukraynanın yeni müdafiə naziri vəzifəsinə təklif etdim. O, dron texnologiyaları ilə bağlı məsələlərdə dərindən iştirak edir və dövlət xidmətləri ilə proseslərin rəqəmsallaşdırılması sahəsində səmərəli fəaliyyət göstərir”, – deyə Zelenski vurğulayıb.
Prezident, eyni zamanda, hazırkı müdafiə naziri Denis Şmıhalın komandada qalacağını və ona hökumət daxilində başqa bir fəaliyyət istiqamətinin təklif olunduğunu da qeyd edib.
