🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

2026-cı il Yer üçün maqnit fırtınası ilə başlayır

Azərbaycan.media xəbər verir ki, Yeni 2026-cı il Yer kürəsində maqnit fırtınası ilə başlayacaq.

Bu barədə Britaniya Geoloji Xidməti açıqlama yayıb. Bildirilib ki, Günəşdə yaranmış koronal dəlikdən çıxan yüksək sürətli plazma axınları, eləcə də mümkün koronal kütlə atılmaları fonunda geomaqnit şəraitin güclənəcəyi gözlənilir.

Məlumata əsasən, yanvarın 1-də G1 səviyyəli maqnit fırtınası proqnozlaşdırılır və qısa müddət ərzində onun G2 səviyyəsinədək güclənməsi ehtimalı istisna edilmir.

Qeyd olunur ki, yanvarın 2-də isə maqnit fırtınasının tədricən zəifləyəcəyi, geomaqnit vəziyyətin əsasən sakit olacağı və ya G1 səviyyəsində qalacağı gözlənilir.