Azərbaycan.media xəbər verir ki, Azərbaycanda 2026-cı il üzrə kişilərin və qadınların pensiya yaşı məlum olub.
Məlumata görə, iyulun 1-dən etibarən qadınların pensiya yaşı 65 olacaq. Kişilərin pensiya yaşı isə dəyişməyəcək və 65 yaş olaraq qalacaq.
Xatırladaq ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, kişilərin pensiya yaşı həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların pensiya yaşı həddi isə 2017-ci il iyulun 1-dən 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
Həmin maddəyə görə, pensiya yaşına çatmış şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, sığorta stajından asılı olmayaraq yaşa görə əmək pensiyası hüququ yaranır. Əgər bu imkan yoxdursa, azı 25 il sığorta stajı tələb olunur. Bu qayda 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslərə şamil edilmir.
