🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Tramp ailəsinin sərvəti rekord templə artdı – 6,8 milyard dollara çatdı

Azərbaycan.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp və ailəsinin sərvəti son bir il yarımdan az müddətdə təxminən 70 faiz artıb.

“Blumberq”in məlumatına görə, hazırda Tramp ailəsinin ümumi sərvəti 6,8 milyard dollar civarında qiymətləndirilir.

Məlumata əsasən, təkcə 2025-ci il ərzində ABŞ prezidentinin ailəsinin xalis sərvəti təxminən 282 milyon dollar artıb.

Bildirilir ki, gəlir artımının əsas mənbələri kriptovalyuta investisiyaları, eləcə də Trampın “Truth Social” platformasına sahib olan “Trump Media” media şirkətinin bazar dəyərinin yüksəlməsi olub.