🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

ABŞ Venesela ilə bağlı sanksiyaları genişləndirdi – dörd şirkət və dörd neft tankeri siyahıya alındı

Azərbaycan.media xəbər verir ki, ABŞ hakimiyyəti Venesela ilə əlaqədar sanksiya siyahılarını genişləndirərək dörd şirkəti və onlara məxsus dörd neft tankerini sanksiya altına salıb.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilib. Qeyd olunub ki, nazirlik Venesuelanın neft sektorunda fəaliyyət göstərdiklərinə görə sözügedən şirkətlərə qarşı sanksiya tətbiq edib və həmin şirkətlərlə əlaqəli neft tankerlərini bloklanmış əmlak siyahısına daxil edib.

Rəsmi məlumata əsasən, sanksiyaya məruz qalan şirkətlər və gəmilər Venesuela neftinin daşınması və satışı prosesində iştirak ediblər. ABŞ tərəfi bu addımın Venesela neft sektoruna qarşı tətbiq edilən məhdudiyyətlərin icrasının gücləndirilməsi məqsədi daşıdığını vurğulayıb.