🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Prezident İlham Əliyev 2026-cı il dövlət büdcəsini təsdiqləyib

Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanunu təsdiqləyib.

Qaanuna əsasən, 2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38 609 000,0 min manat, xərcləri isə 41 703 600,0 min manat səviyyəsində müəyyən edilib.

Büdcənin detalları belədir: mərkəzləşdirilmiş gəlirlər 37 850 712,0 min manat, yerli gəlirlər 758 288,0 min manat, mərkəzləşdirilmiş xərclər 40 944 465,0 min manat, yerli xərclər isə 759 135,0 min manat təşkil edəcək.