🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Toğanalı–Kəlbəcər–İstisu yolu: Murovdağ tuneli ilə yol infrastrukturunda yeni mərhələ

Azərbaycan.media xəbər verir ki, Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu Şərqi Zəngəzur və Qarabağ bölgələrində icra olunan ən mühüm yol layihələrindən biri hesab olunur.

Ümumi uzunluğu 82 kilometr olan avtomobil yolu Göygöl və Kəlbəcər rayonları arasında birbaşa nəqliyyat əlaqəsi yaradır. Marşrutun Toğanalı–Kəlbəcər hissəsi 56 kilometr, Kəlbəcər–İstisu hissəsi isə 26 kilometr təşkil edir.

Yolun 16-cı kilometrindən etibarən Murovdağ silsiləsi başlayır və ərazinin relyefi kəskin şəkildə dəyişir. Məhz bu çətin dağlıq sahədə, Murovdağ silsiləsinin sərt və keçilməz qayalarından keçən tunelin inşası Azərbaycan yol infrastrukturunda yeni mərhələnin əsasını qoyub.

Məlumata görə, tunel Murovdağ silsiləsinin çətin relyefini aşmaq və ilboyu təhlükəsiz nəqliyyat əlaqəsini təmin etmək məqsədilə tikilib. Layihənin icrasında müasir və innovativ texnologiyalardan istifadə olunub.

İki il ərzində inşa edilən tunel qazma-partlatma üsulu ilə ərsəyə gətirilib və bölgənin nəqliyyat imkanlarının genişləndirilməsində mühüm rol oynayacaq.

Layihə ilə bağlı daha ətraflı məlumat Azərbaycan Televiziyasının (AzTV) hazırladığı videomaterialda təqdim olunub.