🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İranda dollar tarixi rekord yenilədi – məzənnə kəskin yüksəldi

Azərbaycan.media xəbər verir ki, İranda ABŞ dollarının məzənnəsi tarixi maksimum həddə çataraq yeni rekord müəyyənləşdirib.

Dekabrın 28-də dolların məzənnəsi 141 min 550 tümənə yüksəlib.

Məlumatda qeyd olunur ki, digər əsas valyutalarda da rekord artım qeydə alınıb. Belə ki, avronun məzənnəsi 164 min 520 tümənə, funt sterlinqin məzənnəsi isə 188 min 540 tümənə çatıb.

Valyuta bazarındakı bu kəskin artım İranda iqtisadi vəziyyət və inflyasiya ilə bağlı narahatlıqları daha da gücləndirib.