Azərbaycan.media xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Amerika liderinin kürəkəni, sahibkar Cared Kuşner ilə telefon danışığı aparıb.
Bu barədə dövlət başçısı Teleqram kanalında paylaşım edib. Zelenskinin sözlərinə görə, söhbət zamanı bir sıra vacib məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
“Bu gün Prezident Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və Cared Kuşner ilə çox yaxşı söhbət etdim. İşin bəzi əhəmiyyətli detallarını müzakirə etdik. Davamlı sülh üçün yaxşı ideyalar var. Ümid edirəm ki, bu gün Milad razılaşmamız və müzakirə etdiyimiz ideyalar faydalı olacaq”, – deyə Ukrayna Prezidenti bildirib.
Zelenski qeyd edib ki, aparılan müzakirələr uzunmüddətli sülhün təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
