🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Məleykə Əsədova: Oynadığım obrazlar məni xəstəxanaya salıb

Azərbaycan.media xəbər verir ki, Xalq artisti Məleykə Əsədova səhnədə canlandırdığı obrazların ona yaşatdığı ciddi çətinliklərdən danışıb. Aktrisa “Rəngarəng” verilişində etiraf edib ki,  “Gültəkin” obrazı üzərində uzun və ağır məşqlər aparıb: “Gültəkin obrazına görə o qədər məşq edirdim ki… Obrazı necə ürəkdən oynadımsa, tamaşadan sonra xəstəxanada yatdım, müalicə aldım”.

Xalq artisti onu da vurğulayıb ki, bir rolu tamaşaçıya sevdirə bilmək üçün onun ruhuna dərindən nüfuz etmək vacibdir: “Bir obrazın içinə girməsəm, tamaşaçıya sevdirə bilmərəm. Oynadığım obrazlar çox çətindir”.

Aktrisa əlavə edib ki, “Kraliça” obrazında ifa etdiyi səhnələrdən biri xüsusilə ağırdır: “Kraliça obrazında bir səhnə var ki, gözüm qaralır”.