🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycanlı alpinist Vəfa Musayeva “Tərəqqi” medalı ilə təltif olunub

Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif olunan azərbaycanlı alpinist Vəfa Musayeva medalı almaqdan böyük sevinc və qürur hissi keçirdiyini bildirib.

Saytımıza Vəfa xanım  belə dedi:  “Bilirdim ki, prezidentimiz idmana, elmə böyük dəyər verir. İlin sonuna 5 gün qalmasına baxmayaraq, çox əmin idim ki, Everest (8.848 m) və Lhotse (8.516 m) zirvələrinə qalxmağım dəyərləndiriləcək. ‘Tərəqqi’ medalına layiq görülmək mənim üçün böyük məsuliyyət, eyni zamanda gələcək zirvələr üçün ilhamdır.

Bu medalı Azərbaycan qadını və alpinisti olaraq almağım məni xüsusilə qürurlandırır. Everest zirvəsində bayrağı qaldıranda yaşadığım sevinc indi də eyni duyğularla təkrarlanır. Belə diqqət çox dəyərlidir, çox təsirlənmişəm və xoşbəxtəm”.