🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Pakistanın milli aviadaşıyıcısı özəlləşdirildi – PIA 482 milyon dollara satıldı

Azərbaycan.media xəbər verir ki, Pakistanın milli aviadaşıyıcısı və dövlətə məxsus müflis şirkət olan “Pakistan International Airlines” (PIA) hərrac yolu ilə 135 milyard Pakistan rupisi (təxminən 482,3 milyon ABŞ dolları) müqabilində satılıb.

“Reuters” agentliyinin məlumatına görə, hərracda üç iddiaçı iştirak edib. Qalib PIA-nın 75 faiz səhmi üçün ən yüksək məbləği təklif edən Arif Habib adlı özəl konsorsium olub. Pakistan hökumətinin müəyyən etdiyi ilkin satış qiyməti isə 100 milyard rupi (təxminən 357 milyon dollar) təşkil edib.

Bildirilib ki, satışdan əldə olunan vəsaitin 92,5 faizi aviadaşıyıcının yenidən kapitallaşdırılmasına və fəaliyyətinin bərpasına yönəldiləcək.

Pakistanın Baş naziri Şahbaz Şərif hərracdan əvvəl bəyan edib ki, PIA-nın satışı reallaşacağı təqdirdə bu, ölkə tarixində İslam Respublikasında həyata keçirilmiş ən iri özəlləşdirmə sövdələşməsi olacaq.