Azərbaycan.media xəbər verir ki, Azərbaycan Ermənistan tərəfdən Mehridən keçəcək dəmir yolunun mülkiyyət hüququnun ona təhvil verilməsini qeyri-rəsmi şəkildə tələb edir.
Bu iddia erməni politoloq Suren Surenyants tərəfindən səsləndirilib. Onun sözlərinə görə, Azərbaycan artıq 6 aydır məsələni Ermənistan qarşısında qaldırıb və yaxın gələcəkdə bu tələb danışıqlar prosesinə daxil edilə bilər.
Surenyants əlavə edib ki, Azərbaycan mülkiyyət hüququnu aldıqdan sonra yolun tikintisinə investisiya qoymağa hazırdır.
