🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Mətanət İsgəndərlinin adını daşıyan nəvəsi 10 yaşını qeyd etdi

Azərbaycan.media xəbər verir ki, Əməkdar artist Mətanət İsgəndərlinin nəvəsi 10 yaşını tamam edib.

Balaca Mətanət üçün ailə üzvləri paytaxtdakı restoranlardan birində ad günü tədbiri təşkil ediblər. Tədbirdən görüntüləri müğənninin keçmiş gəlini Canana sosial şəbəkədə paylaşaraq qızının ad gününü Çin üslubunda tərtib olunmuş məclislə qeyd etdiyini bildirib.

Qeyd edək ki, Mətanət sənətçinin oğlu Kərimin Canana ilə evliliyindən dünyaya gələn övladıdır. Bu nigahdan onların üç uşağı var. Kərim hazırda ikinci evliliyini davam etdirir.