Azərbaycan.media xəbər verir ki, Fransanın milli poçt xidməti “La Poste” güclü DDoS tipli kiberhücum nəticəsində fəaliyyətində ciddi çətinliklərlə üzləşib.
Hücum Milad bayramı ərəfəsində poçt bağlamalarının çatdırılmasında gecikmələrə və onlayn ödəniş sistemində ciddi pozuntulara səbəb olub.
“La Poste” bildirib ki, kibermüdaxilə müştəri məlumatlarına təsir göstərməyib. Lakin şirkətin bank bölməsi “La Banque Postale”ın mobil tətbiqi və onlayn xidməti istifadəçilər üçün əlçatan olmayıb.
