Azərbaycan.media xəbər verir ki, Lerik rayonunda məktəbdə yanğın hadisəsi baş verib.
Yanğın Buzeyir kəndində yerləşən təhsil müəssisəsində qeydə alınıb. Alov məktəbin dam örtüyündən başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub və məktəblilər operativ şəkildə təxliyə edilib.
Yanğın qısa müddətdə söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
