Azərbaycan.media xəbər verir ki, Əməkdar artist Elza Seyidcahan onu tənqid edənlərə sərt açıqlamalarla cavab verib.
Sənətçi “Öz aramızda” proqramında səsləndirdiyi fikirlərlə diqqət çəkib. O bildirib ki, onu tənqid edənlər paxıllıq edən insanlardır:
“Ay yazıqlar, bədbəxtlər, qoca sarsaqlar. Ölmüsünüz, xəbəriniz yoxdur. Sizi yerdən götürən yoxdur. Ölün, utanın, yerə girin. Siz öz sənətkarınızı necə tənqid edirsiniz? Ağıllı olun, ağlınızı başınıza yığın. Dövlətin mənə verdiyi adları alın təri ilə almışam. Yazıçılar Birliyinin üzvüyəm, Dövlət Televiziyasının solistiyəm, fəxri ad almışam. Dövlətin qiymət verdiyi sənətkarları tənqid edirsiniz. Romanslar, müzikllar bəstələyirəm, geyinib-keçinirəm. Siz isə aylarla üzünüzü belə yumursunuz. Tofiq Quliyevə “Kuliyev”, Qara Qarayevə isə “Karayev” deyirsiniz”.
Elza Seyidcahan eyni zamanda Ermənistanda konsert vermək istəyi ilə bağlı səslənən fikirlərə də münasibət bildirib. Onun sözlərinə görə, bu cür təklif alsa, bundan çəkinməz:
“Zəng gəldi və soruşdular ki, nə vaxtsa Ermənistanda konsert verərsinizmi? Cavab verdim ki, əlbəttə. Orada ‘Qarabağ Azərbaycandır’ adı ilə konsert verəcəyəm. Eşitmişəm ki, ‘Tikim sizin ağzınızı’ şeirimi sevirlər, onu da oxuyacağam”.
Sənətçinin bu açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
