Hörmətli cənab Prezident. Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Bəşəriyyətin qürur mənbəynə çevrilmiş bu mənalı ömürə uzun illər arzulayıram.
Xalqımız fəxr edir ki, həlli mümkün olmayan problemləri –“Qordi düyününü” açmaq möcüzəsi Sizə nəsib oldu. İndi güclü dövlətlərin əsarətində əzilən, azadlıq həsrətində olan milli azlıqlar yığılıb qalmış “ qordi düyünlər”inin yalnız Sizin polad iradənizlə açılmasına, haqlı olaraq, böyük ümidlər bəsləyirlər.
Bu mürəkkəb “düyünlər”in açılması yalnız Zəfər Günü ilə yekunlaşmır. Ədəbi tənqid və söz sənətkarları da Sizin müxtəlif çalarları ozündə ehtiva edən, böyük ideyalarla yoğrulmuş çıxışlarınızdan hərtərəfli bəhrələnirlər. “Məntiq və tənqidi təfəkkür” adlı yeni bir dərslik üzərində işləyəndə çətin qavranılan əsərlər tədqiqat obyekti kimi təhlilə cəlb olunmuşdu.
Bu zaman müxtəlif postmodernist sənətkarların əsərlərində Sizin zəngin ideyalarınızın qabarıq şəkildə təsirinin şahidi oldum. Kamal Abdullanın yaradıcılığı isə demək olar ki, bu ruhda qələmə alınmışdır. Onun kodlaşmış əsərlərində Azərbaycan intibahının aydın koordinatları nəzəri cəlb edir.
Postmodernizmin “ikili kodlaşması” Sizin dahiyanə nitqinizin əsasını təşkil edir. Ona diqqət yetirən müxtəlif səviyyəli və əqidəli auditoriyalarin hər biri öz anladığını götürür. Bu məqam həm də “isveç masasına” bənzəyir; kimə nə lazımdırsa, onu da aparır.
Postmodernizmin “ənənəni inkar” xüsusiyyəti də bəzən asan qavranılmır. Lakin Sizin qətiyyətli addımlarınız ənənəvi şablonları dağıdaraq özünə orijinal bir yol açdı. Qırx dörd günlük hibrid müharibəsində Azərbaycan reallığının postmodernist bir formada dünya ictimaiyyətinə çatdırılması müharibənin taleyini həll edən əsas amillərdən birinə çevrildi, düşmənlərin kapitulyasiya aktını imzalaması “magik realizmi” xatırladan sürprizlərlə hamını sevindirdi.
Siz “həyat mətndir” müdəasını da reallaşdırdıraraq həyatın özünü yaratdınız ki, ədiblər həmin “həyat” həqiqətlərini bədii həqiqətlərə çevirməklə məşğuldurlar. Heç şübhəsiz ki, bu parlaq ideyaların təsiri dünya (xüsusilə əsarətdə olan xalqların) ədəbiyyatından da yan keçməmişdir. Artıq bunları tədqiqat obyektinə çevirməyin zamanı çatmışdır.
Dünyanın ən sevimlisi olmağınızın sübuta ehtiyacı yoxdur. “Azərbaycan dünyaya günəş kimi doğanda” Sizin dahilər üçün əlçatmaz olan zirvələri fəth etməyinizə bəşəriyyət bir daha şahidlik edəcəkdir.

Tarix: 20.11.2025
İmza: Fərhad Mədətov
Filologiya üzrə fəlsəfə doktoru,
Azərbaycan Universitetinin dosenti
Ünvan: Bakı ş. Binəqədi rayon, 7-ci mikrorayon 126-cı keçid, ev 3123, bina 42. Tel.: 055 701 03 45
Mənbə: Azərbaycan.media
