Azərbaycan.media xəbər verir ki, Azərbaycanın Xalq artisti və tanınmış gülüş ustası Afaq Bəşirqızı işğaldan azad edilmiş Qarabağın abadlaşmasından və sakinlərinə qovuşmasından böyük fərəh hissi keçirir. O, torpağın yenidən canlanması və yaşıllaşması ilə bağlı duyduğu sevincini ürəkdən ifadə edib.
Bu açıqlama Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yaydığı məlumatda yer alıb. Komitə bildirir ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində məlumatlandırma, təbliğat-izahat və təşviqat fəaliyyətləri davam etdirilir.
Bu məqsədlə tanınmış ziyalılar, sənət adamları və gənclərin iştirakı ilə videoçarxlar hazırlanır. Xalq artisti Afaq Bəşirqızı ilə müsahibə əsasında hazırlanan növbəti videoçarx da təqdim olunub.
