🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Paytaxtda yük avtomobilindən düşən yük təhlükəli vəziyyət yaradıb

Azərbaycan.media xəbər verir ki, paytaxtın mərkəzi yollarından birində hərəkətdə olan yük avtomobilindən yolun ortasına düşən yük təhlükəli vəziyyət yaradıb. Hadisənin görüntülərini Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yayıb.

NİİM yük avtomobillərinin sürücülərinə müraciət edərək yük daşıma qaydalarına əməl etməyin vacibliyini xatırladıb.

Qurum qeyd edir ki, yükün düzgün yerləşdirilməsi və bağlanması hərəkət başlamazdan əvvəl və hərəkət zamanı mütləq nəzarətdə olmalıdır. Yük daşınarkən insanlara təhlükə yaratmaq, şəxsi və ya digər əmlaka zərər vurmaq qəti qadağandır.

Əgər yük yol hərəkət hissəsinə düşərək maneə yaradırsa və dərhal aradan qaldırmaq mümkün deyilsə, sürücü qəza dayanma nişanı və ya yanıb-sönən qırmızı işıqlı portativ fənər qoymalıdır.

Yol hərəkəti haqqında” Qanunun 57-ci maddəsinə əsasən, bütün yük avtomobili sürücüləri bu qaydaları bilməli və əməl etməlidir. NİİM vurğulayır ki, yükün düzgün və təhlükəsiz daşınması yalnız sürücünün deyil, bütün yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin edir.