🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Milli Məclisdə Prezident İlham Əliyevin fəaliyyətinin əhəmiyyəti vurğulanıb

Azərbaycan.media xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova Prezident İlham Əliyevin fəaliyyəti, əhəmiyyəti və təsirini yüksək qiymətləndirib.

Spiker bildirib ki, müasir Azərbaycan dinamik iqtisadiyyata malik, regional və qlobal proseslərdə mühüm rol oynayan güclü dövlətə çevrilib. Bu uğurlar Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasətinin nəticəsidir. Onun fenomenal liderlik qabiliyyəti, strateji baxışı, qətiyyəti və cəsarəti sayəsində Azərbaycan sabitliyin və qürurun məkanına çevrilmiş, dövlət keyfiyyətcə yeni səviyyəyə yüksəlmişdir.

Sahibə Qafarova qeyd edib ki, son 22 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji xətt Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi və yeni dövrün tələblərinə uyğunlaşdırılmasını təmin edib. Dövlət maraqlarının müdafiəsində prinsipial və ardıcıl fəaliyyəti Azərbaycanın beynəlxalq nüfuzunu artırıb və ölkəmizi qlobal miqyasda etibarlı tərəfdaşa çevirib.

Spiker iclas iştirakçılarına Prezident İlham Əliyevin doğum günü münasibətilə təbrik məktubu ünvanlamağı təklif edib.