🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakıda “Rəqəmsal mühitdə uşaqların müdafiəsi” mövzusunda beynəlxalq konfrans keçirilir

Azərbaycan.media xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Bakıda “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilir.

Axar.az-ın məlumatına görə, konfransın məqsədi tərəfdaş ölkələrin rəsmi nümayəndələrini bir araya gətirərək rəqəmsal mühitdə, o cümlədən süni intellekt sahəsində uşaqların hüquqlarının qorunması ilə bağlı mövcud problemləri və çağırışları müzakirə etməkdir. Tədbir çərçivəsində uşaqların zərərli məlumatlardan qorunması sahəsində təcrübə mübadiləsi aparılacaq və qlobal, regional əməkdaşlıq imkanları gücləndiriləcək.

Konfransda çıxış edəcək nümayəndələr arasında İran nümayəndə heyətinin rəhbəri Zəhra Pezeşkian, Türkiyə, Mərakeş, Qətər və Şimali Kiprdən rəsmi şəxslər, eləcə də beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri – BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT Uşaq Hüquqları Komitəsinin sədri və İCESKO-nun Baş direktorunun müşaviri yer alır.