Azərbaycan.media xəbər verir ki, dahi Azərbaycan bəstəkarı və Türk dünyası musiqisinin zirvəsi Üzeyir Hacıbəylinin doğumunun 140 illik yubileyi yalnız Azərbaycanda deyil, bütün dünyada qeyd edilir.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi xarici ölkələrdəki Azərbaycan Mədəniyyət Mərkəzləri ilə birgə layihələr həyata keçirərək Üzeyir Hacıbəylinin zəngin irsini təbliğ edir.
Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin Ankara Musiqi və Gözəl Sənətlər Universiteti ilə birgə təşəbbüsü nəticəsində Universitetin daxili küçəsinə dahi bəstəkarın adı verilib.
Bu gün, 23 dekabr tarixində, Universitet ərazisində Üzeyir Hacıbəyli küçəsinin açılışı keçiriləcək. Eyni zamanda, Universitetdə Azərbaycan Mədəniyyət Mərkəzinin hazırladığı Üzeyir Hacıbəylinin yaradıcılığına dair konsert proqramı təqdim olunacaq.
