Azərbaycan.media xəbər verir ki, Türkiyəli müğənni Gülben Ergen konsert üçün seçdiyi iddialı səhnə geyimi ilə sosial mediada geniş müzakirə yaradıb.
Sənətçinin səhnə libasında yer alan qeyri-adi və dərin dekolte diqqət çəkib. Xüsusilə ayaq hissəsində olan kəsim tamaşaçıların və sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.
Mövzu ilə bağlı fikirlər müxtəlif olub. Bəzi istifadəçilər libası səhnə üçün uyğun və cəsarətli seçim kimi dəyərləndirsələr də, müğənninin tərzini bəyənməyən və geyimi tənqid edənlər də az olmayıb.
Qeyd edək ki, xəbəri Türkiyə mətbuatı, o cümlədən Publika.az yayıb.
