🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Hələbin şimalında toqquşmalar: 10 nəfər yaralanıb

Azərbaycan.media xəbər verir ki, Hələbin şimalında kürd silahlı dəstələri ilə Suriya keçid hökumətinin qüvvələri arasında toqquşmalar baş verib. Yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində azı 10 nəfər yaralanıb.

 “Ikhbariya” telekanalı xəbər yayıb. Bildirilib ki, şiddətli atışmalar şəhərin şimal hissəsində yerləşən Əşrəfiyyə və Şeyx Məqsud məhəllələrinin kənarındakı təmas xəttinə yaxın ərazilərdən sakinlərin təxliyə olunmasına səbəb olub.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, kürd silahlıları atəşkəsi pozaraq Liramun və Şeyxin bölgələri yaxınlığında yerləşən hökumət mövqelərinə hücum ediblər.

Hadisə nəticəsində iki təhlükəsizlik işçisi və üç mülki müdafiə qüvvələri əməkdaşı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.