🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azad olunan ərazilərdə minatəmizləmə davam edir

Azərbaycan.media xəbər verir ki, azad olunan ərazilərdə dekabrın 15-dən 21-nə qədər 46 tank əleyhinə mina, 145 piyada əleyhinə mina və 525 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik hesabatında bildirilib. Hesabata əsasən, 1 299 hektar ərazi minalardan təmizlənib.

Minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN), Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərində həyata keçirib.