🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Türkiyə vitse-prezidenti Cövdət Yılmaz Fəxri və Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycan.media xəbər verir ki, Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının vitse-prezidenti Cövdət Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.

Nümayəndə heyəti Ümummilli Liderin məzarı önünə əklil qoyaraq, Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib. Daha sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini anıblar.