Azərbaycan.media xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gün ərzində şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3–6, gündüz isə 7–10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə saatlarında 80–85 faiz, gündüz isə 70–75 faiz səviyyəsində olacaq.
Ölkə rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gecə və səhər saatlarında bəzi ərazilərdə duman müşahidə ediləcək. Qərb küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7–12 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə 3–8 dərəcə şaxta, gündüz 3–8 dərəcə isti gözlənilir.
