Azərbaycan.media xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz saatlarında şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3–6, gündüz isə 7–10 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 766 mm civə sütunu səviyyəsində olacaq, nisbi rütubət isə gecə 80–85%, gündüz 70–75% təşkil edəcək.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə olunacaq, qərb küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7–12 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə 3–8 dərəcə şaxta, gündüz 3–8 dərəcə isti gözlənilir.
