Azərbaycan.media xəbər verir ki, Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Azərbaycan Prezidenti İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Məktubda Zoran Milanoviç dövlət başçısına ən səmimi təbriklərini çatdıraraq, möhkəm cansağlığı, şəxsi həyatında və ali dövlət fəaliyyətində uğurlar arzulayıb.
Xorvatiya Prezidenti bildirib ki, iki ölkə arasında xüsusi əhəmiyyət kəsb edən iqtisadi əməkdaşlığın inkişafı istiqamətində birgə səylər qarşılıqlı dostluğun və ikitərəfli əlaqələrin bundan sonra da möhkəmlənməsinə və dərinləşməsinə xidmət edəcək.
Məktubun sonunda Zoran Milanoviç Prezident İlham Əliyevə ən xoş arzularını ifadə edib, Azərbaycanın vətəndaşlarına isə tərəqqi və firavanlıq diləyib.
Oxundu: 6
