🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İşğaldan azad edilmiş ərazilərə növbəti köç karvanları yola salındı

Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə sakinlərin daimi köçü davam etdirilir.

Bu mərhələdə Ağdərə rayonunun Həsənriz kəndinə 10 ailə, ümumilikdə 54 nəfər köçürülür. Köç karvanı Tərtər rayonundan yola salınıb. Həsənriz kəndinə köçən ailələr əvvəllər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşıblar.

Eyni zamanda, Ağdərə rayonunun Vəngli və Kolatağ, həmçinin Xocalı rayonunun Daşbulaq və Badara kəndlərinə də növbəti köç karvanları göndərilib. Bu mərhələdə Vəngliyə 6 ailə (14 nəfər), Kolatağa 7 ailə (31 nəfər), Badaraya 15 ailə (66 nəfər), Daşbulağa isə 4 ailə (11 nəfər) köçürülür.

Beləliklə, Vəngliyə 124 ailə (482 nəfər), Kolatağa 33 ailə (120 nəfər), Daşbulağa 34 ailə (133 nəfər), Badaraya isə 28 ailə (220 nəfər) daimi qayıdışını təmin etmiş olacaq.