🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Naftalan neftinin tibbi istifadəsi üzrə yeni nəzarət tədbirləri tətbiq ediləcək

Azərbaycan.media xəbər verir ki, Nazirlər Kabineti 2026-2029-cu illər üçün Naftalan neftinin və ondan hazırlanan preparatların müalicəvi təsirinin beynəlxalq miqyasda tanıdılmasını və tibbi məqsədlər üçün daha geniş istifadəsini təmin etmək məqsədilə Tədbirlər Proqramını təsdiqləyib.

Proqrama əsasən, Naftalan neftinin sanitariya norma və gigiyena qaydalarına uyğun istifadəsinə tibbi nəzarət Səhiyyə Nazirliyi və Dövlət Turizm Agentliyi tərəfindən həyata keçiriləcək.

Yoxlamalar zamanı məhsulun mövcud dövlət standartlarına uyğunluğu, sanitariya normalarına riayət olunması qiymətləndiriləcək və aşkar edilən qüsurlar aradan qaldırılacaq.