Azərbaycan.media xəbər verir ki, müğənni Dəniz Əsədova bu gün 4 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.
Dəniz Əsədova əvvəllər dələduzluqda, eləcə də bir neçə nəfərə qarşı təhqir və böhtan atmaq ittihamları ilə xüsusi ittiham qaydasında məhkum edilmişdi.
Belə ki, Binəqədi rayon Məhkəməsinin hökmü ilə vəkil Asim Abbasovu təhqir və böhtan atdığı üçün 7 ay azadlıqdan məhrum edilmişdi. Daha sonra digər bir şəxsi təhqir etməsi və böhtan atması səbəbindən cəzası artırılmışdı.
Amnistiya aktı çərçivəsində Dəniz Əsədova azadlığa buraxılıb.
Oxundu: 5
