Azərbaycan.media xəbər verir ki, İsrail ABŞ Prezidenti Donald Trampı İrana qarşı yeni hücumu dəstəkləməyə inandırmaq məqsədilə əhatəli kəşfiyyat dosyesi hazırlayıb.
“İsrail Hayom”un yaydığı xəbərdə bildirilir ki, sənəddə Tehranın nüvə və ballistik raket proqramlarını yenidən qurmaq cəhdləri, eləcə də regiondakı proksi qrupları silahlandırmaq səyləri ilə bağlı məlumatlar əks olunub.
Qeyd olunur ki, “NBC Nyus” dekabrın 29-da Floridada keçiriləcək görüşdə İsrail Baş naziri Benyamin Netanyahunun ABŞ Prezidenti Donald Trampla İrana təkrar zərbələr endirmək planlarını müzakirə edəcəyi barədə xəbər vermişdi.
