🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Xudatda təmir işləri səbəbindən bəzi ərazilərdə elektrik enerjisində fasilə olacaq

Azərbaycan.media xəbər verir ki, bu gün Xaçmaz rayonunun Xudat şəhərində və ətraf kəndlərdə elektrik enerjisinin verilişində məhdudiyyətlər olacaq.

 Xudat Elektrik Şəbəkəsinin 110/35/10 kV-luq “Xudat” yarımstansiyasında 10 kV-luq bölmədə təmir işləri aparılacaq.

Təmir işləri ilə əlaqədar saat 11:00-dan 13:00-dək 10 kV-luq hava xətləri üzərində yerləşən Həsənqala, Ağaşirinoba, Çinartala, Dədəli, Bostançı, Baraxum, Palıdlı, Kənd Xudat, Seyidlər, Mahsuskənd, Yasaqoba, Aşağı Ləgər, Balaqusar kəndləri, eləcə də Xudat şəhərinin bir hissəsində elektrik enerjisində fasilələr gözlənilir.

Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.