🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakının bir sıra küçə və prospektlərində nəqliyyat sıxlığı yaranıb – SİYAHI

Azərbaycan.media xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxtın əsas yol və prospektlərində müşahidə olunan hazırkı nəqliyyat vəziyyəti ilə bağlı məlumat yayıb.

Məlumata görə, hazırda aşağıdakı küçə və prospektlərdə sıxlıq qeydə alınıb:

  1. Bakı–Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

  2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

  3. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

  4. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

  5. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

  6. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

  7. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

  8. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

  9. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

  10. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyədək;

  11. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

  12. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində.

NİİM sürücülərə qeyd olunan ərazilərdə hərəkət zamanı diqqətli olmağı və alternativ marşrutlardan istifadə etməyi tövsiyə edir.