🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Aidə Adıgözəlin şeiri

Şəkillərə aldanmayın, Cənablar.
Hərdən orda gözəl düşür üzümüz.
Nə bilirsən yağış yağıb, qar düşüb,
nədən dolub, nədən nəmdi gözümüz.

Saçlarımız gah qaradı, gah sarı…
Gözünüzü aldatmaqdır dərdimiz.
Nə bilirsən saçımızın üsyanın?
Boyamışıq, açılmasın sirrimiz.

Heç bildirməz, təbəssümlə basdırar,
kimlər keçib hikkəsinə, hıncınə.
Nə bilirsən gülüşünün dərdini,
niyə qonub dodağının küncünə.

Şəkillərə aldanmayın, Cənablar.
Kirpiyimiz od götürər ömürdən.
Nə bilirsən zərif imiş… yalandı.
Bu qadınlar yaranıbdır dəmirdən…

Müəllif: Aidə Adıgözəl

21.12. 2025

Mənbə: Azərbaycan.media