Azərbaycan.media xəbər verir ki, Türkiyə Böyük Millət Məclisində Numan Kurtulmuşun sədrliyi ilə keçirilən iclas zamanı insident yaşanıb.
Türkiyə bürosunun məlumatına görə, 2026-cı il Mərkəzi İdarəetmə Büdcə Qanunu Təklifi və 2024-cü il Mərkəzi İdarəetmə Yekun Hesab Qanunu Təklifi üzrə müzakirələr aparılarkən Hakim Ədalət və İnkişaf Partiyası ilə Cumhuriyyət Xalq Partiyasından olan millət vəkilləri arasında mübahisə davasına çevrilib.
Dava zamanı fraksiyalar arasında qarşıdurma baş verib və parlament sədri iclasa fasilə verərək vəziyyəti sakitləşdirməyə çalışıb.
