Azərbaycan.media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bir neçə vilayət rəhbərinin vəzifədən azad ediləcəyini açıqlayıb.
Prezident bu barədə videomüraciətində məlumat verib. Onun sözlərinə görə, yaxın günlərdə yerli icra hakimiyyəti strukturlarında dəyişikliklər gözlənilir.
“Gələn həftə dəyişdirilməsi məqsədəuyğun olan bəzi yerli administrasiya rəhbərləri ilə bağlı məruzələr gözləyirəm”, – deyə Volodimir Zelenski bildirib.
Qeyd edək ki, məsələ ilə bağlı əlavə detallar hələlik açıqlanmayıb.
