🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Qəzzada atəşkəsin ikinci mərhələsi 2026-cı ilin yanvarında başlaya bilər

Azərbaycan.media xəbər verir ki, İsrail və HAMAS hərəkatı Qəzza sektorunda atəşkəs razılaşmasının ikinci mərhələsinin icrasına 2026-cı ilin yanvarında başlanması ilə bağlı rəsmi elan verə bilərlər.

Bu barədə Misirin xarici işlər naziri Bədr Abdel Ati məlumat verib. Onun sözlərinə görə, tərəflər yanvar ayında razılaşmanın növbəti mərhələsinə keçidlə bağlı açıqlama verməyə ümid edirlər.

Nazir qeyd edib ki, atəşkəsin ikinci mərhələsi İsrail qoşunlarının Qəzza sektorundan tam çıxarılmasını, radikal qruplardan silahların müsadirə edilməsini, Sülh Şurasının formalaşdırılmasını və anklavda sülhməramlı kontingentin yerləşdirilməsini nəzərdə tutur.