🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ketogenik pəhriz diabet riskini azalda bilər – araşdırma

Azərbaycan.media xəbər verir ki, ketogenik pəhrizə keçmək və karbohidratların kəskin şəkildə məhdudlaşdırılması 2-ci tip diabetin qarşısını almaqda effektiv ola bilər. Bu barədə Axar.az Medicina.az-a istinadən məlumat yayıb.

ABŞ-ın Tulan Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırmaya görə, yüksək karbohidratlı qidalanmanın azaldılması prediabet mərhələsində olan insanlarda qan şəkərinin səviyyəsinə müsbət təsir göstərir. Ketogenik pəhriz karbohidratların minimuma endirilməsini, onların yerinə isə yağ və zülalla zəngin qidaların qəbulunu nəzərdə tutur.

Alimlər bildirirlər ki, bu pəhriz zehni aktivliyin qorunması və ürək-damar sağlamlığının yaxşılaşdırılması kimi bir sıra potensial üstünlüklər vəd edir. Bu iddiaların hamısı hələ tam təsdiqlənməsə də, son tədqiqatlar keto pəhrizinin xüsusilə yüksək risk qrupunda olan şəxslərdə 2-ci tip diabetin inkişaf ehtimalını azaltdığını göstərib.

Araşdırma çərçivəsində yaşı 40-70 arasında dəyişən, qan şəkəri səviyyəsi prediabet və diabet sərhədində olan 150 könüllü müşahidə edilib. İştirakçıların heç biri müalicə məqsədilə dərman qəbul etməyib. Onlardan bir qrup adi qidalanmanı davam etdirib, digər qrup isə ayda cəmi 16 qram karbohidrat – təxminən bir dilim çörəyə bərabər miqdar – qəbul edib.

Tədqiqatın nəticələrinə əsasən, az karbohidratlı pəhriz saxlayan qrupda qan şəkərinin səviyyəsi digər qrupla müqayisədə üç dəfə azalıb. Alimlər bu nəticənin diabetin qarşısının alınması baxımından ümidverici olduğunu vurğulayıblar.