🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Maştağada ticarət obyektində yanğın baş verib

Azərbaycan.media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən APA-ya bildirilib ki, məlumat daxil olan kimi əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib. Yanğınsöndürənlərin çevik və operativ müdaxiləsi nəticəsində yanğın qısa müddətdə nəzarət altına alınaraq genişlənməsinə imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 942 kvadratmetr olan, tütün məmulatlarının və qarışıq malların satışı üçün nəzərdə tutulmuş obyektin yanar konstruksiyaları təxminən 400 kvadratmetr sahədə yanıb.

Obyektin qalan hissəsi, eləcə də yaxınlıqda yerləşən yaşayış evləri yanğından mühafizə olunub. Yanğının başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.