🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Putin Dondurulmuş Rusiya Aktivlərindən Ukraynanın Maliyyələşdirilməsinə görə Aİ-yə Xəbərdarlıq Edib

Azərbaycan.media xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin ilin yekunlarına həsr olunmuş mətbuat konfransı zamanı dondurulmuş ölkə aktivlərindən Ukraynanın maliyyələşdirilməsi planları ilə bağlı Avropa Birliyinə sərt və “qorxulu” xəbərdarlıq edib.

Bu barədə Böyük Britaniyanın “Daily Express” nəşrində dərc olunan məqalədə bildirilib.

Yazıda qeyd olunur ki, Vladimir Putin Avropa Birliyi liderlərini kəskin tənqid edərək, bu cür addımların ciddi nəticələrə səbəb ola biləcəyini vurğulayıb.

Məqaləyə əsasən, Rusiya prezidenti Avropa liderlərinin Kiyevə Rusiya aktivləri hesabına kredit verilməsi planlarını açıq şəkildə pisləyib.

Müəlliflər Putinin Aİ-nin sözügedən təşəbbüsünü mahiyyət etibarilə “soyğunçuluq” kimi qiymətləndirməsinə xüsusi diqqət çəkiblər.